Azərbaycan neftinin qiyməti 106 dolları keçib
Energetika
- 25 fevral, 2022
- 06:23
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,42 ABŞ dolları, yaxud 5,38 % artaraq 106,22 ABŞ dollarına çatıb.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 101,46 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
01:10
İranın neft emalı zavodunda yanğın baş verib
Region00:59
Foto
DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib - YENİLƏNİB-5
Futbol00:45
İran və Oman arasında Hörmüz boğazından təhlükəsiz keçid müzakirə ediləcək
Region00:17
Zelenski: Birləşmiş Çevik Reaksiya Qüvvələri yaradılacaq
Digər ölkələr23:59
Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirilib
Region23:45
Kamil Sadıqov "KS Besa Kavaya" klubuna transfer olunub
Futbol23:39
Moskvada suşi yeyən 19 nəfər zəhərlənib
Region23:24
Lindsi Qrem: ABŞ-nin Rusiyaya qarşı "sarsıdıcı sanksiyalar"ı razılaşdırılıb
Digər ölkələr23:11