Azərbaycan neftinin qiyməti 102 dolları keçib
Energetika
- 01 mart, 2022
- 06:06
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,19 ABŞ dolları, yaxud 3,22 % artaraq 102,30 ABŞ dollarına çatıb.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 100,99 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
08:46
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşəcək
Media08:45
Avropada ekstremal istilərdən azı 10 min insan həlak olub
Digər ölkələr08:30
SEPAH: ABŞ-nin "Patriot" sistemləri və PUA idarəetmə mərkəzi məhv edilib - YENİLƏNİB
Region08:15
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:06
"NourNews": İranın azı 13 şəhəri ABŞ-nin zərbələrinə məruz qalıb
Region08:00
Bu gündən IV Şuşa Qlobal Media Forumu başlayır
Media07:49
Çində elektromobillərin orta yaşı cəmi 1,8 il təşkil edir
Sənaye07:35
ABŞ ordusu İrana növbəti zərbələri başa çatdırıb - YENİLƏNİB
Digər ölkələr07:32