Azərbaycan nefti cüzi bahalaşıb
Energetika
- 20 may, 2022
- 05:34
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,57 ABŞ dolları, yaxud 0,48 % artaraq 118,99 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 110,86 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
10:10
İndoneziyada dağıntılar altında 20 nəfərin meyiti aşkarlanıb - YENİLƏNİB-3
Digər ölkələr10:09
Ötən gün Azərbaycanda narkotiklərlə bağlı 37 fakt aşkarlanıb
Hadisə09:48
FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib
Hadisə09:42
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsi başlayır
Futbol09:40
Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb
Digər ölkələr09:38
Foto
Tbilisidə güclü yağış torpaq sürüşməsinə səbəb olub - YENİLƏNİB-2
Region09:36
Azərbaycan nefti 2 %-ə yaxın ucuzlaşıb
Energetika09:09
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (15.08.2026)
Maliyyə09:01
Foto