Azərbaycan nefti 3 % ucuzlaşıb
Energetika
- 16 iyun, 2022
- 05:19
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,93 ABŞ dolları, yaxud 2,95 % azalaraq 129,41 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 119,04 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
15:35
Azərbaycan Suriya və Maldiv adalarına alma tədarükünü bərpa edib
Biznes15:35
Lu Mey: Çin Azərbaycanla humanitar mübadilələri gücləndirməyə hazırdır
Xarici siyasət15:34
Foto
"Yalama" sərhəd komendantlığı xidməti istifadəyə verilib
Hərbi15:28
Özbəkistanın enerji sistemindəki qəza Mərkəzi Asiyanın dörd ölkəsinin enerji sisteminə təsir edib
Region15:28
Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib
Digər ölkələr15:18
Foto
Azərbaycan və "CITIC Group" süni intellekt hesablama platforması üzrə əməkdaşlığı müzakirə edib
İKT15:16
Azərbaycan və Seneqal arasında vizasız səfərlər üçün saziş imzalana bilər
Xarici siyasət15:12
"Zəyəm Texnologiyalar Parkı" yenidən zərərlə işləyir
Biznes15:12