Azərbaycan nefti 1 dollara yaxın bahalaşıb

Energetika
  • 17 avqust, 2018
  • 05:54
Azərbaycan nefti 1 dollara yaxın bahalaşıb

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,93 dollar və yaxud 1,30% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 72,61 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.