Azərbaycan neft məhsullarının ixracını 30 %-ə yaxın artırıb

Energetika
  • 16 dekabr, 2025
  • 11:24
Azərbaycan neft məhsullarının ixracını 30 %-ə yaxın artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 671 min 080,85 ton həcmində neft məhsulları ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 390 milyon 340,07 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 29,8 %, dəyəri isə 21,1 % çoxdur.

Hesabat ayında Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 1,67 % olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti