Azərbaycan neft emalının həcmini açıqlayıb
- 14 may, 2024
- 08:03
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 2,2 milyon tona yaxın neft emal edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar-aprel ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin ilk 4 ayı ilə müqayisədə Azərbaycanda neft email həcmləri eyni qalıb
Xatırladaq ki, 2023-cü ilin yanvar-mart ayları üzrə ölkədə neftin emalı 2,2 milyon ton təşkil edib.
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.