Azərbaycan Moldova ilə ikitərəfli enerji əməkdaşlığını müzakirə edib
- 22 may, 2026
- 12:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Moldova arasında ikitərəfli enerji əməkdaşlığına dair müzakirələr aparılıb.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, P. Şahbazov İstanbulda keçirilən Təbii Sərvətlər Zirvəsi çərçivəsində Moldovanın energetika naziri Dorin Junqietu ilə görüşüb.
Görüşdə enerji bazarlarında mövcud dalğalanmalar fonunda sabit qaz tədarükündə boru kəmərlərinin artan əhəmiyyəti vurğulanıb.
İstanbulda Moldovanın energetika naziri Dorin Junqetu ilə görüşdə #enerjibazarları|nda mövcud dalğanmalar fonunda sabit #qaztədarükü|ndə boru kəmərlərinin artan əhəmiyyəti, eləcə də ikitərəfli #enerjiəməkdaşlığı|na dair müzakirələr apardıq. pic.twitter.com/FnhBv1SLzV
— Parviz Shahbazov (@ParvizShahbazov) May 22, 2026