Azərbaycan Kot-d'İvuar ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib

Energetika
  • 06 mart, 2026
  • 10:13
Azərbaycan Kot-d'İvuar ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Kot-d'İvuar enerji sahəsində əməkdaşlıq perspektivlərini, o cümlədən neft və qaz sektorunda birgə layihələrin həyata keçirilməsini müzakirə edib.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.

Məlumata əsasən, SOCAR prezidenti Rövşən Nəcəf Kot-d'İvuarın Abican şəhərində səfərdə olub. Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) və SOCAR-ın nümayəndələrindən ibarət heyətin səfəri çərçivəsində Kot-d'İvuarın XİN-in və enerji sektoru üzrə yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib. Səfərdə XİN-i nazir müavini Yalçın Rəfiyev və müşayiət edən əməkdaşlar təmsil edib.

Kot-d'İvuarın Mədənlər, Neft və Energetika Nazirliyinin, həmçinin Nazirliyin Karbohidrogenlər üzrə baş direktorluğunun, eləcə də Kot-d'İvuarın milli neft şirkəti olan "PetroCI"nin rəhbər heyəti ilə görüşlərdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən neft və qaz sektorunda birgə layihələrin həyata keçirilməsi, investisiya imkanları və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.

Görüşlərdə SOCAR-ın "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 % pay alıası ilə bağlı, o cümlədən layihənin inkişaf mərhələləri, hasilat imkanları, logistika və kommersiya məsələləri barədə geniş fikir mübadiləsi aparılıb. Layihənin SOCAR-ın Afrikada fəaliyyət coğrafiyasını genişləndirmək və beynəlxalq enerji bazarlarında mövqeyini gücləndirmək baxımından strateji əhəmiyyəti vurğulanıb.

44 - Tezliklə