Azərbaycan iyunda elektrik enerjisi idxalını 5 dəfədən çox azaldıb
- 15 iyul, 2024
- 08:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda elektrik enerjisinin ixracı 444 milyon kVt/saat təşkil edib.
Bu barədə “Report” Energetika Nazirliyinin açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.
Məlumata əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 821,2 milyon kVt/saat və ya 2,85 dəfə azdır.
Hesabat dövründə ölkədə elektrik enerjisinin idxalı 96,4 milyon kVt/saat olub. Bu da 2023-cü ilin ilk 6 ayının göstəricisi ilə müqayisədə 41,1 milyon kVt/saat və ya 29,9 % azdır.
Bu ilin iyun ayında Azərbaycanda elektrik enerjisinin ixracı 5,5 milyon kVt/saat və ya 47,4 % artıraraq 17,1 milyon kVt/saat təşkil edib.
Ölkəyə elektrik enerjisinin idxalı isə 15,6 milyon kVt/saat təşkil edib ki, bu da 2023-cü ilin iyun ayı ilə müqayisədə 71,6 milyon kVt/saat və ya 5,6 dəfə azdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda elektrik enerjisinin idxalı 137,5 milyon kVt/saat, ixracı isə 1 milyard 265,2 milyon kVt/saat olub. Ötən ilin iyun ayında elektrik enerjisinin idxalı 87,2 milyon kVt/saat, ixracı isə 11,6 milyon kVt/saat təşkil edib.