Azərbaycan ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb
- 14 iyun, 2024
- 06:42
Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 241 min 108,79 ton həcmində neft məhsulları ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 159 milyon 170,31 min ABŞ dolları təşkil edib.
İxrac edilən neft məhsullarının həcmi 2023-cü ilin ilk 5 ayı ilə müqayisədə 2 dəfə, dəyəri isə 1,8 dəfə azdır.
Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,43 % olub.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 11 milyard 138 milyon 581 min ABŞ dolları ixracın, 7 milyard 300 milyon 691,4 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 % azalıb, idxal isə 6,75 % çoxdur.