Azərbaycan ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb

Energetika
  • 16 may, 2024
  • 07:53
Azərbaycan ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 180 min 099,09 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 118 milyon 424,69 min ABŞ dolları təşkil edib.

Ötən aylar ərzində ixrac edilən neft məhsullarının həcmi 2023-cü ilin ilk rübü ilə müqayisədə 2,1 dəfə, dəyəri isə 47,8 % azdır.

Bu ilin ilk 4 ayında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,45 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8 milyard 168 milyon 591,68 min ABŞ dolları ixracın, 5 milyard 464 milyon 773,02 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,1 % az, idxal isə 3,1 % çoxdur.