Azərbaycan İtaliyaya qaz ixracını 16 dəfədən çox artırıb
- 02 aprel, 2024
- 08:18
Bu ilin yanvar ayında Azərbaycan İtaliyaya 700 milyon 510,21 min kubmetr təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İtaliyaya ixrac edilən Azərbaycan qazının dəyəri 357 milyon 369,5 min ABŞ dolları təşkil edib.
Bu, 2023-cü ilin ilk ayı ilə müqayisədə həcm baxımından 656 milyon 960,98 min kubmetr (16,1 dəfə), məbləğ baxımından isə 296 milyon 488,53 min ABŞ dolları (5,9 dəfə) çoxdur.
Ümumilikdə, bu ilin yanvar ayında Azərbaycan 739 milyon 790,78 min ABŞ dolları dəyərində 1 milyard 931 milyon 879,69 min kubmetr həcmində təbii qaz ixrac edib. İxrac edilən təbii qazın həcmi il ərzində 7,6 dəfə, dəyəri isə 5,3 % artıb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan İtaliyaya 8 milyard 052 milyon 416,09 min ABŞ dolları dəyərində 10 milyard 705 milyon 462 min kubmetr təbii qaz ixrac edib. Bu, 2022-ci illə müqayisədə həcm baxımından 2 milyard 494 milyon 741,9 min kubmetr (30,4 %) çox, məbləğ baxımından isə 2 milyard 992 milyon 914,03 min ABŞ dolları (27,1 %) azdır.
Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.