Azərbaycan İtaliyaya neft ixracını 48 %-dən çox artırıb

Energetika
  • 29 mart, 2025
  • 09:43
Azərbaycan İtaliyaya neft ixracını 48 %-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan İtaliyaya 2 milyon 415 min 530,26 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 366 milyon 256,16 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin iki ayı ilə müqayisədə 48,3 %, dəyəri isə 32,3 % çoxdur.

Yanvar-fevral aylarında Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 50,55 % olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 2 milyard 672 milyon 800,77 min ABŞ dolları dəyərində 4 milyon 778 min 403,96 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb.