Azərbaycan İsrail və Rusiyaya sürtkü yağlarının ixracını bərpa edib

Energetika
  • 29 noyabr, 2021
  • 11:25
Azərbaycan İsrail və Rusiyaya sürtkü yağlarının ixracını bərpa edib

Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 17,859 milyon ABŞ dolları dəyərində 21 min 642,73 ton sürtkü yağları ixrac edib.

“Report”un Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 2,6 dəfə, kəmiyyət olaraq – 71,1 % çoxdur. 2019-cü ilin eyni dövrünə nisbətən isə müvafiq olaraq 4,8 dəfə və 3,3 dəfə artım olub.

Hesabat dövründə toplam olaraq 19 ölkəyə ixrac həyata keçirilib. Türkiyəyə 7,754 milyon ABŞ dolları dəyərində 10 min 395,66 ton, Ukraynaya 5,828 milyon ABŞ dolları dəyərində 7 min 238,62 ton, İraqa 741,11 min ABŞ dolları dəyərində 612,13 ton, Belarusa 611,76 min ABŞ dolları dəyərində 600 ton, Niderlanda 270,54 min ABŞ dolları dəyərində 541,09 ton, Moldovaya 637,84 min ABŞ dolları dəyərində 499,08 ton, Livana 778,11 min ABŞ dolları dəyərində 466,96 ton, Özbəkistana 313,2 min ABŞ dolları dəyərində 360 ton, Gürcüstana 351,44 min ABŞ dolları dəyərində 314,48 ton, Latviyaya 116,11 min ABŞ dolları dəyərində 290,35 ton sürtkü yağları ixrac olunub.

Birillik fasilədən sonra İsrail və Rusiyaya ixrac bərpa olunub. Həmin ölkələrə müvafiq olaraq bu kateqoriyadan olan 167,2 min ABŞ dolları dəyərində 112,93 ton və 104,66 min ABŞ dolları dəyərində 71,2 ton məhsul tədarük olunub.

İxrac üzrə ən böyük artım Niderlanda tədarükdə qeydə alınıb. Ötən il bu Avropa ölkəsinə cəmi 0,02 ton sürtkü yağları satılıb. Eyni zamanda Türkiyəyə ixracın həcmi 34,59 %, Ukraynaya – 2,6 dəfə, İraqa – 69,22 %, Belarusa – 3,3 dəfə, Moldovaya – 24,64 %, Livana – 40,65 %, Özbəkistana – 4,7 dəfə, Latviyaya – 16,9 dəfə artıb. Gürcüstana tədarük 36,39 %, Türkmənistana - 77,38 %, Qazaxıstana – 98,26 %, Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığına – 90 % azalıb. Sonuncu ölkəyə ötən il cəmi 0,1 ton məhsul tədarük edilib.

2021-ci ilin ilk 9 ayında Azərbaycan 61,599 milyon ABŞ dolları dəyərində 27 min 632,1 ton sürtkü yağları idxal edib ki, bu da əvəllki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27,84 % çoxdur, kəmiyyət olaraq – 4,18 % azdır. Hesabat dövründə ölkəmiz Rusiyadan 12,499 milyon ABŞ dolları dəyərində 8 min 310,82 ton, Türkiyədən 14,789 milyon ABŞ dolları dəyərində 6 min 315,18 ton, Almaniyadan 13,279 milyon ABŞ dolları dəyərində 3 min 756,58 ton, Belçikadan 3,972 milyon ABŞ dolları dəyərində 1 min 405,14 ton, Ukraynadan 2,329 milyon ABŞ dolları dəyərində 1 min 288,31 ton, Belarusdan 901,67 min ABŞ dolları dəyərində 688,19 ton, Birləşmiş Ərəb Əmirliklərindən 1,551 milyon ABŞ dolları dəyərində 679,35 ton, Niderlanddan 1,683 milyon ABŞ dolları dəyərində 597,03 ton, Türkmənistandan (sonuncu dəfə 2018-ci ildə tədarük olub) 560,88 min ABŞ dolları dəyərində 565,54 ton, İtaliyadan 1,108 milyon ABŞ dolları dəyərində 454,57 ton sürtkü yağları alıb. Bu məhsul üzrə əsas tədarük bazarımız olan Rusiyadan idxal ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11,38 % artıb, kəmiyyət olaraq 37,36 % azalıb. Türkiyədən tədarük müvafiq olaraq 28,89 % və 12,92 %, Almaniyadan – 38,14 % və 24,31 %, Belçikadan - 33,86 % və 37,92 %, Ukraynadan - 48,34 % və 19,18 %, Belarusdan - 92,13 % və 56,54 %, BƏƏ-dən - 2,54 dəfə və 2,1 dəfə, Niderlanddan – 43,39 % və 27,42 %, İtaliyadan – 33,55 % və 41,71 % artıb. Hesabat dövründə sürtkü yağları bütövlükdə 42 ölkədən tədarük olunub. Ötən ilin eyni dövründə bu kateqoriyadan olan məhsulların bir tonun idxal qiyməti 1,671 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39,5 min ton sürtkü yağları istehsal edilib. Bu, ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 63,9 %, 2019-cu ilin – 2,3 dəfə çoxdur.