Azərbaycan İrana elektrik enerjisi ixracını 10 % artırıb

Energetika
  • 17 aprel, 2025
  • 11:29
Azərbaycan İrana elektrik enerjisi ixracını 10 % artırıb

2024-cü ildə Azərbaycandan İrana 36,6 milyon KVt/saat elektrik enerjisi ixrac edilib.

“Report” bu barədə Energetika Nazirliyini tərəfindən 2024-cü ildə görülmüş işlərə dair hesabatda deyilir.

Məlumata görə, bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə 3,3 milyon KVt/saat və ya 9,9 % çoxdur.

Ötən il Azərbaycandan Türkiyəyə 176,4 milyon KVt/saat elektrik enerjisi ixrac edilib ki, bu da daha əvvəlki illə müqayisədə 1 399 KVt/saat və ya 8,9 dəfə azdır.

2024-cü ildə Azərbaycandan Rusiyaya 158,8 milyon KVt/saat, Gürcüstana isə 1 milyard 24,4 milyon KVt/saat elektrik enerjisi ixrac olunub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 55 KVt/saat milyon və ya 53 % çox, həmçinin 508,8 KVt/saat və ya 33,2 % azdır.

Eyni zamanda, 2024-cü il ərzində İrandan Azərbaycana 35,3 milyon KVt/saat elektrik enerjisi idxal edilib ki, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 2,6 milyon KVt/saat və ya 7,9 % çoxdur.

2024-cü ildə idxal edilən elektrik enerjisinin 92,2 milyon KVt/saatı Rusiyanın, 43,2 KVt/saatı isə Gürcüstanın payına düşüb. Bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq Rusiyadan enerji idxalı 0,7 milyon KVt/saat və ya 0,7 %, Gürcüstandan isə enerji idxalı 43,1 KVt/saat və ya 2 dəfə azdır.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın elektrik enerjisinin ixracı 1 milyard 396,2 milyon KVt/saat, idxalı isə 170,7 milyon KVt/saat olub. Bu da 2023-cü illə müqayisədə 1 milyard 849,5 KVt/saat və ya 2,3 dəfə azdır. Bu dövr ərzində isə Azərbaycanın elektrik enerjisi idxalı 41,2 KVt/saat və ya 19,4 % azdır.