Azərbaycan iki ölkədən qaz sayğaclarının alışını bərpa edib
- 28 sentyabr, 2022
- 11:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk 7 ayı ərzində Azərbaycana xaricdən 8,567 milyon ABŞ dolları dəyərində 276 min 920 ədəd qaz sayğacı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 60,2 %, kəmiyyət olaraq – 52,2 % azdır.
Hesabat dövründə Çindən 8,202 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 60,7 % azalıb) 272 min 800 ədəd (-51,6 %), Türkiyədən 171,6 min ABŞ dolları dəyərində (-60 %) 3 min 770 ədəd (-75,5 %), Almaniyadan 59,44 min ABŞ dolları dəyərində (-23,7 %) 172 ədəd (-19,6 %), Niderlanddan 51,75 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 46 ədəd (+24,3 %), Polşadan 40,7 min ABŞ dolları dəyərində 65 ədəd (bir il əvvəl tədarük olmayıb), Slovakiyadan 37,77 min ABŞ dolları dəyərində (-20,5 %) 65 ədəd (+4,8 %), Böyük Britaniyadan 4 min ABŞ dolları dəyərində 1 ədəd və İtaliyadan 0,02 min ABŞ dolları dəyərində 1 ədəd cihaz gətirilib.
Bir il 8 ayın tamamında Azərbaycan Böyük Britaniyadan, 1 il 7 aylıq fasilədən sonra İtaliyadan qaz sayğaclarının tədarükünü bərpa edib.