Azərbaycan iki ayda neft emalını 9 %-dən çox artırıb

Energetika
  • 13 mart, 2025
  • 12:41
Azərbaycan iki ayda neft emalını 9 %-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1,2 milyon ton neft emal edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin iki ayda açıqladığı operativ məlumatlarında deyilir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda neft emalı həcmləri 0,1 min ton və ya 9,09 % artıb.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.