Azərbaycan I yarımillikdə kondensat hasilatını artırıb

Energetika
  • 23 iyul, 2024
  • 10:34
Azərbaycan I yarımillikdə kondensat hasilatını artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 2 milyon 726,68 min ton qaz və kondensat hasil edilib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Bu, ötən ilin birinci yarısının göstəricisinə nisbətən 7,4 % çoxdur.

Statistik məlumatlara görə, hesabat dövründə ölkədə ümumi neft hasilatının 18,9 %-i kondensatın payına düşüb. Neftin payı 81,1 % - 11 milyon 723,98 min ton (7,4 % az) təşkil edib.

Daha əvvəl verilən məlumata görə, 2024-cü ilin birinci yarısında Azərbaycanda 14 milyon 450,66 min ton (2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 4,9 % az) neft (qaz və kondensatla birlikdə) hasil olunub.

Xatırladaq ki, Azərbaycanda hasil edilən qaz və kondensatın əsas hissəsi “Şahdəniz” yatağının payına düşür və bu məhsul tam həcmdə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixrac olunur. 2023-cü ilin iyul ayında istismara verilmiş “Abşeron” qaz-kondensat yatağı və “Ümid” yatağı (“Ümid-Babək” bloku) da kondensat hasilatına töhfə verir.