Azərbaycan I rübdə elektrik enerjisi ixracını 7 %-ə yaxın artıb

Energetika
  • 15 aprel, 2025
  • 12:30
Azərbaycan I rübdə elektrik enerjisi ixracını 7 %-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisinin ixracı 385 milyon kVt/saat təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin birinci rübü üçün açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

Məlumata əsasən, bu, 2024-cü ilin ilk üç ayı ilə müqayisədə 24,7 milyon kVt/saat və ya 6,8 % çoxdur.

Ötən rüb ərzində ölkədə elektrik enerjisinin idxalı 35,7 milyon kVt/saat olub. Bu da 2024-cü ilin ilk rübünün göstəricisi ilə müqayisədə 8,6 milyon kVt/saat və ya 19,4 % azdır.

Bu ilin mart ayında Azərbaycanda elektrik enerjisinin ixracı 54,2 milyon kVt/saat və ya 38,8 % azalaraq 85,6 milyon kVt/saat təşkil edib.

Ötən ay Azərbaycanda elektrik enerjisinin idxalı 16,1 milyon kVt/saat təşkil edib ki, bu da 2024-cü ilin eyni rübü ilə müqayisədə 4,3 milyon kVt/saat və ya 36,4 % çoxdur.

Xatırladaq ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisinin ixracı 360,3 milyon kVt/saat, idxalı isə 44,3 kVt/saat olub. Ötən ilin mart ayında isə ölkədə elektrik enerjisinin idxalı 11,8 milyon kVt/saat, ixracı isə 139,8 milyon kVt/saat təşkil edib.