Azərbaycan Hindistana neft satışından qazancını 3 dəfə artırıb

Energetika
  • 17 avqust, 2022
  • 13:13
Azərbaycan Hindistana neft satışından qazancını 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Hindistana 1 milyon 236 min 761,15 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 28 milyon 653,6 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Hindistana ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 46,3 %, dəyəri isə 3 dəfə çoxdur.

Azərbaycandan Hindistana ixrac edilən xam neftin ümumi neft ixracında payı 7,53 % olub.

Xatırladaq ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 16 milyon 414 min 905 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 12 milyard 397 milyon 710 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 59 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ötən 7 ayda xarici ticarət dövriyyəsinin 22 milyard 565 milyon ABŞ dolları ixracın, 7 milyard 494 milyon ABŞ dolları isə idxalın payına düşüb.