Azərbaycan Gürcüstanın mineral məhsul aldığı 2-ci əsas bazar olub
- 31 may, 2025
- 13:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 151 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən 7 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Təkcə apreldə Gürcüstan Azərbaycandan 22 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb. Bu, bir il əvvələ nisbətən 30 % azdır.
Bu ilin 4 ayında Gürcüstan xarici ölkələrdən 753 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bu da 1 il əvvələ nisbətən 4 % çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 348 milyon ABŞ dolları, Rumıniyadan 79 milyon ABŞ dolları, Bolqarıstandan 62 milyon ABŞ dolları, Ermənistandan 32 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 2,17 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bunun da 0,42 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.