Azərbaycan Finlandiyadan polipropilen idxalını bərpa edib
- 13 sentyabr, 2023
- 09:48
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 71,54 milyon ABŞ dolları dəyərində 65 min 751 ton polipropilen ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 74 % çoxdur.
Azərbaycan Rusiyaya 40,87 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 54 % çoxdur) 32 min 277 ton (+2,1 dəfə), Türkiyəyə 28,35 milyon ABŞ dolları dəyərində (+20 %) 30 min 398 ton (+73 %), Gürcüstana 900 min ABŞ dolları dəyərində 968 ton (1 ildən sonra tədarük bərpa edilib), İrana 678 min ABŞ dolları dəyərində (+3 dəfə) 455 ton (+3,9 dəfə), Özbəkistana 495 min ABŞ dolları dəyərində 393 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Hesabat dövründə Azərbaycana 12,36 milyon ABŞ dolları dəyərində (+14 %) 8 min 697 ton (+38 %) polipropilen idxal edilib.
Azərbaycan Koreyadan 6,11 milyon ABŞ dolları dəyərində (-9 %) 4 min 255 ton (+21 %), Səudiyyə Ərəbistanından 3,36 milyon ABŞ dolları dəyərində (+83 %) 2 min 522 ton (+2,2 dəfə), Türkmənistandan 1,29 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 800 ton (+57 %), Rusiyadan 864 min ABŞ dolları dəyərində (+6,2 dəfə) 736 ton (+13 dəfə), İrandan 328 min ABŞ dolları dəyərində (-76 %) 244 ton (-76 %) məhsul alıb.
Azərbaycan 3 il 2 ayın tamamında Finlandiyadan (224 min ABŞ dolları dəyərində 63,25 ton) polipropilen alışını bərpa edib.