Azərbaycan elektrik enerjisinin ixrac etdiyi ölkələri və həcmləri açıqlayıb
- 15 fevral, 2022
- 09:25
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci il ərzində Azərbaycanın elektrik enerjisinin ixrac həcmi 1 milyard 673,4 milyon kVt/saat olub.
“Report”un məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.
Hesabata görə, bu, 2020-ci illə (1 milyard 150,7 milyon kVt/saat) müqayisədə 522,7 milyon kVt/saat, idxalı isə 151,6 milyon kVt/saat olmaqla, 2020-ci illə (136,5 milyon kVt/st) müqayisədə 15,1 milyon kVt/saat artıb.
Belə ki, ixrac olunan 1 milyard 673,3 milyon kVt/saat elektrik enerjisinin 257,5 milyon kVt/saatı İranın, 720,6 milyon kVt/saatı Türkiyənin, 95,2 milyon kVt/saatı Rusiyanın, 600,1 milyon kVt/saatı Gürcüstanın payına düşür.
İdxal olunan 151,6 milyon kVt/saatı elektrik enerjisinin 31,9 milyon kVt/saatı İranın, 95,1 milyon kVt/saatı Rusiyanın, 24,6 milyon kVt/saatı Gürcüstanın payına düşüb.