Azərbaycan elektrik enerjisi ixracını 4 dəfədən çox azaldıb, idxalı 76 % artırıb

Energetika
  • 14 fevral, 2024
  • 08:58
Azərbaycan elektrik enerjisi ixracını 4 dəfədən çox azaldıb, idxalı 76 % artırıb

Bu ilin yanvar ayında Azərbaycanda elektrik enerjisinin ixracı 116,3 milyon kVt/saat təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinin 2024-cü ilin ilk ayı üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

Bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 396,3 milyon kVt/saat və ya 4,4 dəfə azdır.

Ötən ay ölkədə elektrik enerjisnin idxalı isə 19 milyon kVt/saat olub. Bu da 2023-cü ilin ilk ayının göstəricisi ilə müqayisədə 8,2 milyon kVt/saat və ya 75,9 % çoxdur.

Xatırladaq ki, 2023-cü ilin yanvar ayı ərzində elektrik enerjisinin idxalı 10,8 milyon kVt/saat, ixracı isə 512,6 milyon kVt/saat olub.

Hazırda Azərbaycan elektrik enerjisini Gürcüstana, İrana, Türkiyə və Rusiyaya ixrac edir. Həmçinin elektrik enerjisi İran, Rusiya və Gürcüstandan idxal olunur.

2022-ci ilin sonunda Rumıniyanın Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i çərçivəsində hazırda Qara dənizin enerji təchizatı üçün sualtı kabelin çəkilməsi istiqamətində işlər aparılır.

44 - Tezliklə