Azərbaycan elektrik enerjisi ixracından qazancını açıqlayıb

Energetika
  • 28 noyabr, 2024
  • 13:15
Azərbaycan elektrik enerjisi ixracından qazancını açıqlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 93 milyon 561,13 min ABŞ dolları dəyərində 1 milyard 733 milyon 331,94 min kVt/saat elektrik enerjisi ixrac edilib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən elektrik enerjisinin dəyəri 73,1 %, həcmi isə 49,2 % azalıb.

Oktyabrda isə ölkədən 19 milyon 13,62 min ABŞ dolları məbləğində 381 milyon 796,18 min kVt/saat elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin analoji dövrünə nisbətən müvafiq olaraq 7,5 % və 23,4 % çoxdur.

Bu ilin 10 ayında Azərbaycan 2 milyard 388 milyon 529,74 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % azdır. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında elektrik enerjisinin payı 3,92 % təşkil edir.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 17,4 % artıb.