Azərbaycan Ekvadora sürtkü yağları ixrac etməyə başlayıb
- 16 oktyabr, 2024
- 10:57
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 33,79 milyon ABŞ dolları dəyərində 28 min 485 ton sürtkü yağları ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13,2 %, kəmiyyət olaraq – 6,7 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynaya 8,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46 % çoxdur) 7 min 808 ton (+56 %), Bolqarıstana 4,94 milyon ABŞ dolları dəyərində (+51 %) 4 min 793 ton (+37 %), İraqa 4,37 milyon ABŞ dolları dəyərində (+63 %) 3 min 115 ton (+61 %), Gürcüstana 3,25 milyon ABŞ dolları dəyərində (-46 %) 2 min 952 ton (-54 %), Türkiyəyə 2,47 milyon ABŞ dolları dəyərində (-62 %) 2 min 179 ton (-63 %) məhsul satıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Ekvadora (344,2 min ABŞ dolları dəyərində 215,74 ton) tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycandan 42 ölkəyə ixrac edilmiş 46 min ton sürtkü yağlarının 21,3 %-i Ukraynanın, 19 %-i Türkiyənin, 16,5 %-i Gürcüstanın payına düşüb.