Azərbaycan Dövlət Neft Fonduna 800 milyon manata yaxın bonus ödənilib
- 20 iyun, 2023
- 07:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Fonduna 2022-ci ildə 768,7 milyon manat və yaxud 452,2 milyon ABŞ dolları məbləğində bonus ödənişləri daxil olub.
“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının “Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatda bildirilir.
Sənədə əsasən, bu gəlir maddəsi büdcədə nəzərdə tutulana nisbətən (768,7 milyon manat) 100 % icra olunub.
Belə ki, “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”i üzrə 450 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə 200 min ABŞ dolları, Neftçala yatağı üzrə 2 milyon ABŞ dolları olmaqla ümumilikdə 452,2 milyon ABŞ dolları vəsait Fonda ödənilib.