Azərbaycan "Chevron"la karbonsuzlaşma layihələrini müzakirə edib

Energetika
  • 01 iyun, 2026
  • 19:33
Azərbaycan Chevronla karbonsuzlaşma layihələrini müzakirə edib

Azərbaycanla "Chevron" şirkəti arasında Xəzər dənizi vasitəsilə enerji nəqli, ixrac marşrutları və karbonsuzlaşma layihələri müzakirə edilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, müzakirələr Bakı Enerji Həftəsi çərçivəsində "Chevron" şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes ilə görüşdə baş tutub.

Nazir qeyd edib ki, görüşdə Azərbaycanın iqtisadi inkişaf və enerji sahəsində prioritetləri, əməkdaşlığın perspektivləri vurğulanıb.

44 - Tezliklə