Azərbaycan bu il ixrac etdiyi polietilenin həcmini açıqlayıb

Energetika
  • 20 may, 2025
  • 16:06
Azərbaycan bu il ixrac etdiyi polietilenin həcmini açıqlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 39 min 390,65 ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 45 milyon 512,08 min ABŞ dolları təşkil edib.

Bu, 2024-cü ilin ilk 4 ayının göstəricisi ilə müqayisədə müvafiq olaraq 8,8 % və 1,1 % azdır.

Polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,26 %, ölkənin ümumi ixracında payı isə 0,52 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.

44 - Tezliklə