Azərbaycan BOEM üzrə hibrid obyektlərinin yaradılması üzərində işləyir
- 03 sentyabr, 2026
- 13:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan hazırkı mərhələdə bərpa olunan enerji mənbələri (BOEM) üzrə hibrid obyektləri konsepsiyasının aktiv işlənilməsini aparır.
"Report" xəbər verir ki, bunu "SOCAR Green"in Texnologiyalar və innovasiyalar departamentinin direktoru Elçin Tarquliyev "Azərbaycanda infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan enerjinin saxlanılması üçün həllər" adlı vebinarda deyib.
Onun sözlərinə görə, ölkə Batareya Enerji Saxlanc Sistemlərinin (BESS) inteqrasiyasının ilkin mərhələsini həyata keçirir:
"Bu günə qədər bizdə hər biri 125 MVt gücündə yalnız iki layihə həyata keçirilib ki, onlar da şəbəkə operatorunun mülkiyyətində və idarəçiliyindədir. Onların əsas funksiyası enerji şəbəkəsinin sabitliyinin təmin edilməsindən ibarətdir. Lakin növbəti mərhələdə, mənim gözləntilərimə görə, BOEM-in hibrid obyektləri yaradılacaq. Biz artıq bu istiqamət üzərində işləyirik. Bərpa olunan generasiyanın qeyri-sabitliyini azaltmaq üçün günəş və külək enerjisini BESS ilə birlikdə vahid kompleksə inteqrasiya edirik və bu da daha sabit və çevik elektrik enerjisi istehsalını təmin etməyə imkan verəcək".