Azərbaycan Belçikaya aviasiya yanacağının tədarükünü bərpa edib

Energetika
  • 17 iyul, 2026
  • 16:12
Azərbaycan Belçikaya aviasiya yanacağının tədarükünü bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 66,2 milyon ABŞ dolları dəyərində 65 min 806 ton aviasiya yanacağı ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 34 dəfə, kəmiyyət olaraq – 104 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Lüksemburqa 20 milyon ABŞ dolları dəyərində 26 min 718 ton (1 il əvvəl tədarük olmayıb), Rusiyaya 11 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 169 dəfə çox) 8 min 783 ton (+106 dəfə), Türkiyəyə 7,79 milyon ABŞ dolları dəyərində (+104 dəfə) 6 min 224 ton (+61 dəfə), Belçikaya 5,51 milyon ABŞ dolları dəyərində 5 min 971 ton, Amerika Birləşmiş Ştatlarına 3,97 milyon ABŞ dolları dəyərində 3 min 172 ton (1 il əvvəl tədarük olmayıb) yanacaq satıb.

Azərbaycan 2 ilin tamamında Belçikaya tədarükü bərpa edib.