Azərbaycan apreldə elektrik enerjisi ixracını 5 dəfə artırıb
- 15 may, 2024
- 09:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda elektrik enerjisinin idxalı 62,2 milyon kVt/saat təşkil edib.
Bu barədə “Report” Energetika Nazirliyinin 2024-cü ilin yanvar-aprel ayları üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.
Məlumata əsasən, bu, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 21 milyon kVt/saat və ya 51,3 % çoxdur.
Ötən 4 ay ərzində ölkədə elektrik enerjisinin ixracı 407 milyon kVt/saat olub. Bu da 2023-cü ilin ilk 4 ayının göstəricisi ilə müqayisədə 837,1 milyon kVt/saat və ya 3,06 dəfə azdır.
Bu ilin aprel ayında Azərbaycanda elektrik enerjisinin ixracı elektrik 38,8 milyon kVt/saat və ya 5 dəfə artıraraq 48,5 milyon kVt/saat təşkil edib.
Ötən ay Azərbaycanda ərzində elektrik enerjisinin idxalı 17,9 milyon kVt/saat təşkil edib ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 8,3 milyon kVt/saat və ya 1,9 dəfə çoxdur.
Xatırladaq ki, 2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanda elektrik enerjisinin idxalı 41,1 milyon kVt/saat, ixracı isə 1 milyard 244,1 milyon kVt/saat olub. Ötən ilin aprel ayı ərzində isə ölkədə elektrik enerjisinin idxalı 9,6 milyon kVt/saat, ixracı isə 9,7 milyon kVt/saat təşkil edib.