Azərbaycan ABŞ-yə neft koksunun ixracını bərpa edib

Energetika
  • 16 sentyabr, 2024
  • 12:19
Azərbaycan ABŞ-yə neft koksunun ixracını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 12 milyon ABŞ dolları dəyərində 142 min 135 ton neft koksu ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 76 %, kəmiyyət olaraq 21 % azdır.

Hesabat dövründə Azərbaycan Çinə 7,21 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 82 % azdır) 86 min 447 ton (-38 %), Böyük Britaniyaya 1,74 milyon ABŞ dolları dəyərində (-62 %) 21 min 739 ton (-10 %), Rusiyaya 1,7 milyon ABŞ dolları dəyərində (-51 %) 18 min 965 ton (+54 %), Misirə 1,34 milyon ABŞ dolları dəyərində 14 min 890 ton (bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarına (ABŞ) 26 min ABŞ dolları dəyərində 17,2 ton məhsul satıb.

Azərbaycan 6 il 11 aylıq fasilədən sonra ABŞ-yə neft koksunun tədarükünü bərpa edib.

2023-cü ildə Azərbaycandan 4 ölkəyə ixrac edilmiş 232 min ton neft koksunun 77,2 %-i Çinin payına düşüb.