Azərbaycan ABŞ şirkətini bərpa olunan enerji layihələrinin hazırlamasına cəlb edib

Energetika
  • 09 sentyabr, 2024
  • 06:07
Azərbaycan ABŞ şirkətini bərpa olunan enerji layihələrinin hazırlamasına cəlb edib

Energetika Nazirliyi bərpaolunan enerji mənbələri (RES) sahəsində layihələrin hazırlanması üçün ABŞ-nin “White and Case” LLP şirkətini məsləhətçi qismində cəlb edib.

“Report” bu barədə dövlət satınalmaları portalına istinadən xəbər verir.

Məlumata görə, bu şirkət müvafiq tenderin nəticələrinə əsasən seçilib.

“White and Case” LLP ilə 881,722 min manat dəyərində konsaltinq xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalanıb.

Müqavilənin müddəti 2024-cü il dekabrın 31-də başa çatır.

44 filmi