Azərbaycan ABŞ ilə enerji sahəsində potensial əməkdaşlığı müzakirə edib

Energetika
  • 13 dekabr, 2025
  • 09:26
Azərbaycan ABŞ ilə enerji sahəsində potensial əməkdaşlığı müzakirə edib

Azərbaycan və ABŞ potensial sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Müzakirələr P.Şahbazovun ABŞ-yə səfəri çərçivəsində ABŞ ticarət nazirinin köməkçisi və Xarici Ticarət Xidmətinin baş direktoru Devid L. Foqel ilə görüşdə olub.

"Azərbaycanın geniş və şaxələndirilmiş regional enerji təchizatı planları və layihələrinin icrasında, həmçinin potensial sahələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq imkanlarına dair müzakirələr apardıq", - deyə nazir qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti