Azərbaycan 9 ayda yarım milyon tona yaxın neft məhsulları ixrac edib

Energetika
  • 16 oktyabr, 2024
  • 09:57
Azərbaycan 9 ayda yarım milyon tona yaxın neft məhsulları ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 461 min 862,47 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 292 milyon 392,74 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi 2023-cü ilin ilk 9 ayı ilə müqayisədə 38,6 %, dəyəri isə 36,4 % azalıb.

Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,47 % olub.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.