Azərbaycan 8 ayda ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb
- 16 sentyabr, 2024
- 07:14
Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 423 min 325,06 ton həcmində neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 274 milyon 360,53 min ABŞ dolları təşkil edib.
İxrac edilən neft məhsullarının həcmi 2023-cü ilin ilk 8 ayı ilə müqayisədə 37,6 %, dəyəri isə 32,08 % azalıb.
Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,5 % olub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 995,423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 18 milyard 231 milyon ABŞ dolları ixracın, 12 milyard 763 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 14 % artıb.