Azərbaycan 10 ayda Gürcüstana 505 mln kVt/saat elektrik enerjisi ixrac edib
- 30 noyabr, 2021
- 05:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1 milyard 156 milyon kVt/saat elektrik enerjisi ixracı edib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2021-ci ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinə dair operativ məlumatında deyilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 254,9 milyon kVt/saat çoxdur.
10 ay ərzində İrana 252,8 milyon kVt/saat, Türkiyəyə 318,6 milyon kVt/saat, Rusiyaya 79,1 milyon kVt/saat, Gürcüstana isə 505,5 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.
Bu dövrdə elektrik enerjisinin idxalı isə 15,8 milyon kVt/saat artaraq 130,8 milyon kVt/saat olub.
İrandan 27,3 milyon kVt/saat, Rusiyadan 78,9 milyon kVt/saat, Gürcüstandan isə 24,6 milyon kVt/saat elektrik enerjisi idxal edilib.