Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
Energetika
- 01 iyul, 2026
- 14:55
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Qobustan rayonunda vətəndaşları qəbul edəcək.
"Report" "Azəriqaz"a istinadən xəbər verir ki, vətəndaş qəbulu iyulun 3-də saat 11:00-da "Qobustan Gənclər evi" sosial xidmət müəsisəsində (ünvan: Qobustan şəhəri, Sərxan Hacıyev küçəsi) keçiriləcək.
Görüşdə Qobustan və Şamaxı rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
İstehsalat Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-845-75-15; 070-244-58-20) müraciət edə bilərlər.
Son xəbərlər
23:58
Hamilə qadınların ABŞ-yə girişi məhdudlaşdırıla bilər
Digər ölkələr23:34
Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz olmayacaq
Energetika23:24
Vens ABŞ-nin İrana təzyiq üçün gizli təxribat əməliyyatları keçirməsini mümkün sayıb - ƏLAVƏ EDİLİB
Digər ölkələr23:06
Nigeriyada boru kəmərindən neft oğurlamaq istəyən 37 nəfər ölüb
Digər ölkələr22:49
Vens: ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
Digər ölkələr22:42
Foto
Azərbaycanlı futbol hakimləri UEFA-nın yay kursunu uğurla başa vurublar
Futbol22:38
"Metsamor" AES təmirdən sonra işini bərpa edib
Region22:29
"The Times": Böyük Britaniyada vəsaitə qənaət üçün irimiqyaslı hərbi təlimlər ləğv edilir
Digər ölkələr22:12