Azər Məmmədov Naxçıvanda vətəndaşları qəbul edib
Energetika
- 17 yanvar, 2026
- 11:06
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Naxçıvan Muxtar Respublikasında baş tutub.
"Report"un yerli bürosu xəbər verir ki, Birlik rəhbəri Ordubad, Babək, Şahbuz rayonlarından və Naxçıvan şəhərindən üz tutan 15 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib.
Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, iş yerinin dəyişdirilməsi və qapı keçidinin quraşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar.
Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izah verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.
Son xəbərlər
18:48
Niderlandlı futbolçu Ernest Poku "Beşiktaş"a keçir
Futbol18:40
Kamil Xasiyev etimadnaməsinin sürətini Maksimilian Henniqə təqdim edib
Xarici siyasət18:27
Foto
Amerikalı təlimatçılar Azərbaycanın Milli Müdafiə Universitetində məşğələlər keçəcək
Hərbi18:21
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
Sağlamlıq18:11
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlanıb
Daxili siyasət18:07
İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb
Region18:03
Foto
Azərbaycan ağırlıqqaldıranı Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb
Fərdi17:58
Azərbaycan genişzolaqlı internetin sürətinə görə iyulda 3 pillə irəliləyib
İKT17:51