Avtomobilin qaz xəttini qırması Binəqədidə 40 abonenti qazsız qoyub

Energetika
  • 04 oktyabr, 2019
  • 06:26
Avtomobilin qaz xəttini qırması Binəqədidə 40 abonenti qazsız qoyub

Dünən gecə saatlarında “Azəriqaz” İstehsalat Birliyinin 104 Operativ Xidmətinə Bakının Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü Mədən “korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub.

“Report” “Azəriqaz”a istinadən xəbər veir ki, hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığını və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar.

Qeyd edək ki, xəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Artıq səhər saatlarından kəmərin bərpası istiqamətində işlər aparılır.