Avropada təbii qazın qiyməti 1,1 % artıb
Energetika
- 15 fevral, 2023
- 08:49
Avropada təbii qazın qiyməti çərşənbə günü ticarət əməliyyatlarının əvvəlində bir qədər artaraq 1 000 kubmetr üçün 580 ABŞ dolları səviyyəsində olub.
“Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın mart fyuçersləri ticarətə 1 000 kubmetr üçün 585,7 ABŞ dolları (+1 %) səviyyəsində başlayıb.
Daha sonra onların dəyəri 585,9 ABŞ dollarına (+1,1 %) yüksəlib. Dinamika əvvəlki ticarət günü qeydə alınmış hesablaşma qiymətinə (1 000 kubmetr üçün 579,6 ABŞ dolları) əsasən hesablanır.
Xatırladaq ki, yanvarın 17-də Avropada təbii qazın qiyməti 2021-ci il avqustun 31-dən bəri ilk dəfə 600 ABŞ dollarından aşağı düşüb.
Son xəbərlər
11:35
Video
DİN: Tarixi missiya uğurla yerinə yetirildi
Daxili siyasət11:25
Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
Xarici siyasət11:24
Braziliyalı hücumçu Rafinya "Barselona"nın tarixinə düşüb
Futbol11:19
Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub
Energetika11:06
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Sosial müdafiə11:00
44 günlük müharibədən antiterror tədbirlərinə qədər baş verənlər vahid prosesin ardıcıl mərhələləri idi - RƏY
Qarabağ11:00
Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
Analitika10:56
Dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA
Ekologiya10:51