Avropa ölkələri TAP ilə Azərbaycandan 39 milyard kubmetrə yaxın qaz alıb
- 16 sentyabr, 2024
- 09:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin dekabr ayının 31-dən Avropaya ixrac edilən Azərbaycan qazının həcmi 38,85 milyard kubmetr olub.
Bu barədə “Report”a TAP-ın operatoru olan “TAP AG” şirkətindən məlumat verilib.
“Bu həcmin 32,42 milyard kubmetri İtaliyaya, 3,79 milyard kubmetri Bolqarıstana, 2,36 milyard kubmetri isə Yunanıstana nəql edilib”, – məlumatda bildirilib.
“TAP AG”nin məlumatına görə, bu ilin əvvəlindən Trans-Adriatik qaz kəməri ilə Azərbaycandan 7,85 milyard kubmetrdən çox qaz, o cümlədən İtaliyaya 6,51 milyard kubmetr, Yunanıstana 0,76 milyard kubmetr, Bolqarıstana isə 0,53 milyard kubmetr qaz nəql edilib.
Həmçinin qeyd olunub ki, şirkət ixracla yanaşı, qazın bir hissəsini öz əməliyyatlarında istifadə edir.
Xatırladaq ki, Azərbaycan Avropaya qaz ixracına 2020-ci il dekabrın 31-də başlayıb. 2023-cü ildə Avropaya 11,8 milyard kubmetr Azərbaycan qazı tədarük edilib.
Bu il Azərbaycan Avropaya 12,5 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.