Avropa Komissiyası: Qaz mənbələrinin şaxələndirilməsi üçün Azərbaycanla tərəfdaşlıq çox önəmlidir

Energetika
  • 01 iyun, 2026
  • 16:37
Avropa Komissiyası: Qaz mənbələrinin şaxələndirilməsi üçün Azərbaycanla tərəfdaşlıq çox önəmlidir

Avropa İttifaqına (Aİ) qaz mənbələrinin şaxələndirilməsi üçün Azərbaycanla tərəfdaşlıq çox önəmlidir.

"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun (ENER) enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobillo Borrero jurnalistlərə açıqlamasında deyib.

"Enerjidən daha geniş sahəni əhatə edən bir strategiyamız var. Azərbaycanla bərpa olunan enerji və interkonnektorlar üzrə əməkdaşlığı, eləcə də Aİ-nın karbonsuzlaşdırma prosesinə çatması üçün strateji tərəfdaşlığımız mövcuddur. Biz, həmçinin qaz idxal edirik. Qaz mənbələrinin şaxələndirilməsi bizim üçün vacibdir və Azərbaycanla tərəfdaşlıq çox önəmlidir. Yekun olaraq, bizim iki əsas sütunumuz var: Birincisi, təmiz enerji və gələcək qarşılıqlı əlaqələr (interkonnektivlik) sahəsində əməkdaşlıqdır. İkincisi isə hazırda qaz idxalıdır. Aİ-nı Rusiya qazından imtina etmək prosesində dəstəkləmək vacibdir" - o qeyd edib.

44 filmi