Avqustda Türkiyəyə spot qaz tədarükünün həcmi müəyyənləşib
- 26 iyul, 2024
- 08:24
Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) “BOTAŞ” şirkətinin avqust ayında ölkəyə spot qaz tədarükü üçün tutumun bron edilməsi ilə bağlı müraciətini təsdiqləyib.
"Report" bu barədə EPDK-ya istinadən xəbər verir.
Bu qərar tənzimləyici orqan tərəfindən iyulun 25-də keçirilən tenderin nəticələrinə əsasən qəbul edilib.
“Avqust ayında Türkiyənin qazpaylayıcı şəbəkələrinə spot qaz tədarükü “BOTAŞ” tərəfindən “Kıyıköy” giriş nöqtəsindən təmin ediləcək”, - məlumatda bildirilib.
Tənzimləyicinin məlumatına görə, avqustda “BOTAŞ” tərəfindən 7 milyon 839 min kubmetr qaz tədarük ediləcək.
Xatırladaq ki, iyul ayında Türkiyənin qazpaylayıcı şəbəkələrinə spot qaz tədarükü “BOTAŞ” tərəfindən “Kıyıköy” giriş nöqtəsindən (7 milyon 839 min kubmetr) və “SOCAR Enerji Ticaret A.Ş.” (SOCAR-ın törəmə müəssisəsi) tərəfindən “Türkgözü” giriş nöqtəsindən (1 milyon kubmetr) təmin ediləcək.