STAR zavodu xam neft idxalını 44 % azaldıb

Energetika
  • 28 oktyabr, 2024
  • 14:53
STAR zavodu xam neft idxalını 44 % azaldıb

Bu ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 514 min 250 tona yaxın xam neft idxal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir. Bu, Türkiyəyə idxal edilən xam neftin 14,46 %-i deməkdir.

STAR zavodu üçün idxal edilən neftin həcmi 2023-cü ilin eyni ayı ilə müqayisədə 403 min 975 ton və ya 44 % az olub.

Bu ilin avqust ayında Türkiyədə fəaliyyət göstərən neft emalı zavodları tərəfindən 2 milyon 649 min 871 tona yaxın xam neft idxal edilib. Bu, bir il öncəki göstəricidən 202 min 834 ton və ya 7,1 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.