SOCAR rəsmisi Rumıniyanın “Neft sənayesi icmalı” jurnalına müsahibə verib

Energetika
  • 20 sentyabr, 2015
  • 14:44
SOCAR rəsmisi Rumıniyanın “Neft sənayesi icmalı” jurnalına müsahibə verib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Rumıniyada ingilis və rumın dillərində nəşr olunan və geniş oxucu kütləsinə malik “Neft sənayesi icmalı” jurnalının növbəti – sentyabr buraxılışında SOCAR-ın Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimovla müsahibə dərc olunub.

"Report" xəbər verir ki, Həmzə Kərimov müsahibəsində rumın oxuculara SOCAR-ın prioritet layihələri və regional qovşaqlardakı rolu barədə dolğun məlumat verib.

AGRİ layihəsi və onun hazırkı vəziyyəti, Avropanın enerji xəritəsini dəyişəcək TANAP və TAP - “Cənub” qaz dəhlizi layihələri, həmçinin hazırda Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa və digər bazarlara nəql edildiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər neft-qaz kəmərləri barədə söhbət açıb.

44 - Tezliklə