ARDNF ötən il "Şahdəniz"in işlənməsindən gəlirlərini açıqlayıb

Energetika
  • 27 yanvar, 2026
  • 10:48
ARDNF ötən il Şahdənizin işlənməsindən gəlirlərini açıqlayıb

Ötən il Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsindən 958,8 milyon manat gəlir əldə edib.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

2024-cü ildə "Şahdəniz" yatağının işlənməsindən əldə etdiyi gəlir 442,085 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

"Şahdəniz" üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), "Lukoil" (19,99 %), TPAO (19 %), NİKO (10 %), "Cənub Qaz Dəhlizi" (16,02 %), MVM (5 %).

Son xəbərlər

Bütün Xəbər Lenti