ARDNF-in “Şahdəniz” yatağından gəlirləri bir ildə 4 dəfəyədək artıb

Energetika
  • 26 oktyabr, 2022
  • 12:38
ARDNF-in “Şahdəniz” yatağından gəlirləri bir ildə 4 dəfəyədək artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 1 milyard 209 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 879,869 milyon ABŞ dolları və ya 3,67 dəfə çoxdur.

Xatırladaq ki, 2021-ci ilin 9 ayında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 329,131 milyon ABŞ dolları təşkil edib.

Bu ilin 9 ayı ərzində Dövlət Neft Fonduna daxil olan vəsaitlərin 328,567 milyon ABŞ dolları kondensatın payına düşüb.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), AzSD (14,35 %), "SGC Upstream" (6,7 %),"LUKoil" (19,99 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

44 - Tezliklə